|
Poroşenko Saakaşvilinin yerinə adam axtarır
Ukrayna Prezidenti Poroşenko Odessa vilayəti administrasiyasının başçısı vəzifəsinə müsabiqə elan edib.
Bu barədə məlumat prezidentin saytında yayılıb. Müsabiqədə qalib gələn şəxs Odessa qubernatoru təyin ediləcək. Müsabiqənin şərtləri az sonra açıqlanacaq.
Xatırladaq ki, Odessa qubernatoru Mixail Saakaşvili az öncə vəzifəsindən istefa verib və hərəkat yaradaraq, Ukraynada siyasi mübarizəyə başlayıb.
Cia.az