|
Səudiyyə şahzadəsi qadınlara avtomobil sürməyə icazə verdi

Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid bin Talal qadınlara yubanmadan avtomobil sürməyə icazə verilməsini təklif edib.

Modern.az bildirir ki, bu haqda kral ailəsinin üzvü özünün “Twitter” səhifəsində yazıb.

“Mübahisə etməyi dayandırın: artıq qadınlara sükan arxasında oturmağa imkan vermək vaxtıdır”, - Əl-Valid bin Talal yazıb.

 

O, dünən qeyd edib ki, qadınlara avtomobil sürməyin qadağan olunması zəif cinsin nümayəndələrinin hüquqlarının birbaşa pozulmasıdır.

Bütün qadağa isə cəmiyyətin ənənələri ilə bağlıdır.

Cia.az