|
İki nəfər dəm qazından öldü

Noyabrın 29-da Binəqədi rayonu ərazisində yaşayan Mehparə Əliyeva, Biləcəri qəsəbəsində yaşayan Günel Həmidzadə evlərində dəm qazından zəhərlənərək ölüblər.       
Daxili İşlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, araşdırmalar aparılır.
Digər məlumata görə, noyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Vəli Vəliyev sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. 
Araşdırma aparılır.

Cia.az