|
Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 29-u ilə müqayisədə 0,42% artaraq 1,7318 manat təşkil edib.
 
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,76% möhkəmlənərək 1,8417 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl dəyişməyərək 0,0266 manat olub.
 
Türkiyə lirəsinin məzənnəsi 0,61% artaraq 0,5077 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1622 manatdır. Beləliklə, funt sterlinq 1,12%-lik artım nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi isə 0,22% bahalaşaraq 0,6845 manat olub.
Cia.az