|
Türkiyəli aktyor avtomobil qəzasında həlak olub
Türkiyənin tanınmış aktyorlarından Ərdal Tosun avtomobil qəzasında həyatını itirib.
Hadisə bu gün səhər saatlarında baş verib. Sarıyer istiqamətində hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək, aktyorun maşınının üstünə düşüb. Nəticədə maşının damı çöküb və oturacaqla tavan arasında sıxılan aktyor həlak olub.
Qeyd edək ki, Ərdal Tosun son illər Türkiyədə çəkilən ən məşhur seriallarda, filmlərdə rol alıb.
Cia.az