Bu gün Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 71-ci iclası keçiriləcək.
Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi idarələrinin rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsi, MDB-nin iştirakçı ölkələrinin Müdafiə Nazirləri Şurası Katibliyi, MDB-nin Antiterror Mərkəzi və MDB-nin Sərhəd Qoşunları Komandanlığı Şurasının Əlaqələndirmə Xidmətinin nümayəndələri iştirak edəcəklər. İclas zamanı müdafiə nazirliklərinin 20 müxtəlif qarşılıqlı fəaliyyət istiqaməti üzrə məsələ nəzərdən keçiriləcək.
Həmçinin 2016-cı ilə yekun vurulması və 2017-ci ilin birgə işini, eləcə də MDB MNŞ-nin yaradılmasının 25-ci ildönümü ilə bağlı tədbirin keçirilməsini planlaşdırmaq nəzərdə tutulur. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə iştirak etmək üçün Moskvaya səfər edib.
Cia.az
