Milliyyətçi Hərəkat Partiyası Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa “yox” deyir.
Bunu MHP lideri Dövlət Baxçalı öz partiyasının qrup toplantısında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Türkiyə Türk Birliyi yaratmalıdır: “Biz Avropa Birliyinə möhtac olmadığımız kimi, ŞƏT-in də marağında deyilik. Türkük, türkçüyük, Turanın sevdasındayıq. Nə AB, nə də ŞƏT-lə iş birliyinin tərəfdarıyıq. Biz deyirik ki, Türk Birliyi yaradılmalıdır”.
Cia.az
