|
Çində 20 mədənçi şaxtada qapalı vəziyyətdə qalıb
Çində 20 mədənçi daş kömürü şaxtasında baş vermiş qəza nəticəsində qapalı vəziyyətdə qalıb.
APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, insident Sitayxe şəhərində baş verib. Hadisə yerinə təcili yardım maşınları və xilasedicilər cəlb olunub. Köməksiz qalan işçilərin yerin altından çıxarılması üçün aparılan işlər davam edir. 

Hadisə haqqında ətraflı məlumat verilmir.
Cia.az