|
Tələbə yataqxanasında faciə:
Türkiyədə tələbə yataqxanasında yanğın baş verib. 
Hadisə Adana əyalətinin Aladağ rayonunda, qız tələbə yataqxanasında baş verib. Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik yanğın barədə açıqlama verərək 12 nəfərin öldüyünü bildirib. Onlardan 12-nin tələbə, birirnin isə yataqxana işçisi olduğu bildirilir. Tələbə yataqxanasında ümumilikdə 31 qız tələbə qalırmış.
 
Adana valisi Mahmut Demirtaş isə açıqlama verərək bildirib ki, yanğın olduğunu görən tələbələrin bəziləri panikaya düşərək özlərini pəncərədən atıblar. Vali tüstüdən zəhərlənən və sınıq xəsarəti alan 22 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib. Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili yardım maşınlarının cəlb edildiyi bildirilir. 

Baş nazirin müavini Veysi Kaynak və daxili işlər naziri Süleyman Soylu da hadisə baş verən yataqxanaya gedib. 

 

 
 





Cia.az