|
“Şapekoense”nin daha bir futbolçusu xəstəxanada öldü

Braziliyanın “Şapekoense” klubunu Kolumbiyaya apararkən qəzaya uğrayan təyyarədə sağ qalan 5 nəfərdən daha biri dünyasını dəyişib. 
Qapıçı Danilo Padilya xəstəxanada vəfat edib.
31 yaşlı qolkiper aldığı güclü zərbənin təsirindən keçinib.
Qeyd edək ki, qəza zamanı təyyarədə olan 81 nəfərdən 77-si həlak olub.

 Cia.az