"Mançester Siti"də oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən, İlkay Gündoğan ötən ayın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, türk əsilli alman yarımmüdafiəçi oktyabrda 4 oyunda iştirak edib. O, həmin ay "Vest Bromviç"lə görüşdə 2 qol vurub, 1 qolun ötürməsini verib. İ.Gündoğan Çempionlar Liqasında "Barselona" ilə ev oyununda da dubla imza atıb.
Cia.az
