Süni qida məhsullarının rekalamı qadağan olunur. Bu məsələ “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişiklikdə öz əksini tapıb.
Milli Məclisin iclasında adı çəkilən qanuna dəyişiklik məsələsi müzakirə olunub. Burada süni qida məhsullarının reklamına müəyyən qadağalar öz əksini tapıb.
Qanunun 10-cu maddəsinə edilənə dəyişikliyə əsasən, 10.6 maddəsinə-süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibbi müəssisələrdə yayımlanması qadağandır. 10-7 bəndində isə göstərilib: yalnız sertifikatlaşdırma barədə sənədləri olduqda.
Süni qida məhsulları reklam edilə bilər. Bu halda reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. 10-8 maddədə bildirilib: Süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərə məsləhətləşmənin zəruriliyi göstərilməlidir. Həmçinin Ana südünün üstünlüyü qeyd olunmalıdır.
10-9 maddəsində Süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
Cia.az
