|
Milli Məclis 36 məsələyə görə toplanır -

Bu gün Milli Məclisin pazyız sessiyasının növbəti iclası keçiriləcək.

İclasın gündəliyinə 36 məsələ daxildir. Məsələlərin əksəriyyəti bir çox qanunlara əlavə və dəyişiklər edilməsi ilə bağlıdır

Parlamentin iclasının gündəliyinə bu məsələlər daxildir:

 

“İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik;

“Tütün və tütün məmulatları haqqında” qanuna dəyişiklik;

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik;

“Körpələrin və erkən yaşı uşaqların qidalanması haqqında” qanuna dəyişiklik;

 “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna dəyişiklik;

“Poçt haqqında” qanuna dəyişiklik;

“Çayçılıq haqqında” qanuna dəyişiklik;

“Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişiklik;

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişiklik;

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik;

“Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik;

“Ailə kəndli təsərrüfatı haqqında” qanuna dəyişiklik;

“Atçılıq haqqında” qanuna dəyişiklik;

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna dəyişiklik;

“Hidrometeorologiya fəaliyyəti haqqında” qanuna dəyişiklik;

İnzibati Xətalar Məcəlləsində dəyişiklik;

“Notariat haqqında” qanuna dəyişiklik;

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozmalarının profilaktikası haqqında” qanuna dəyişiklik;

Cinayət Prosesual Məcəlləsində dəyişiklik;

“Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik;

“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik;

“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik;

“Turizm haqqında” qanuna dəyişiklik;

“Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik”;

Vergi Məcəlləsində dəyişiklik;

“Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi (1-ci oxunuşda);

““Əmək ordeni”nin təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasında orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik ( “Əmək ordeni” yaradılır);

“Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” sazişin  təsdiq edilməsi;

“Serbiya Respublikasında avtomobil magistralının bir hissəsinin tikintisinin maliyyələşdirilməsi üçün borcverən qismində çıxış edən Azərbaycan Respublikası hökuməti borcalan qismində çıxış edən Serbiya Respublikası hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanan kredit sazişində dəyişiklər edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi.

 Cia.az