|
Bakıda 42 yaşlı fəhləni döyərək soydular
Bakının Səbail rayonunda 42 yaşlı fəhlə işdən evə qayıdarkən soyğunçuluğa məruz qalıb. 
Səbail rayonu Badamdar qəsəbəsində “Aylı gecə” şadlıq evinin qarşısında Ağayev Müşfiq Tərlan oğlu yaşadığı evə qayıdan zaman iki maskalı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər Müşfiq Ağayevdən siqaret istəyiblər. "Yox" dediyi zaman naməlum şəxslərdən biri onu vurub. Bundan sonra huşunu itirərək yerə yıxılan Müşfiqin cibindən 40 manat pulunu aparıblar.
 
Yaralı yoldan keçən avtomobil sürücülərinin köməkliyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Özünün dediyinə görə, o, fəhlə bazarında işləyir. Cibindən oğurladıqları pul da onun ötən günkü qazancı olub.
 
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.
Cia.az