|
İstanbul prokurorluğu 62 qiyamçı üçün ömürlük həbs cəzası istəyib
İstanbul prokurorluğu 15 iyul dövlət çevrilişinə cəhddə günahlandırılan hərbçilər üçün ömürlük həbs cəzası istəyib.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyənin "NTV" telekanalında yer alıb.  
 
Xəbər verilir ki, istintaq sənədində çevriliş axşamı İstanbulun Sabiha Gökçen hava limanını tutmağa cəhd edən 28 nəfəri zabit olmaqla, 62 hərbçinin adı hallanır. Prokurorluq hərbçilər üçün üçqat ömürlük həbs tələb edib. 
 
Qeyd edək ki, 15 iyul qiyamı zamanı 240 nəfər dinc sakin həlak olub, iki mindən çox vətəndaş isə yaralanıb.
Cia.az