|
Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb
Hazırda davam edən Azərbaycan Premyer Liqasında XIII turun "Zirə" - "İnter" oyununda qeyri-adi hadisə baş verib. 
"Report"un oyunu canlı izləyən əməkdaşının məlumatına görə, qarşılaşmanın 19-cu dəqiqəsində baş hakim Orxan Məmmədov qonaq komandanın futbolçusu Pərdis Fərcad-Azada "sarı" əvəzinə qırmızı vərəqə göstərib. Fərcad-Azad referinin qərarına etiraz etdikdən sonra məsələ həll olunub. Məmmədovun səhvən qırmızı vərəqəyə əl atdığı müəyyənləşib.
Cia.az