|
Maştağadakı amansız qətlin səbəbi:
Bakının Sabunçu rayonunda törədilmiş qətlin detalları məlum olub. Hadisə Maştaga qəsəbəsinin Baloglan Bagırov küçəsində yerləşən dəmir yol stansiyasının yaxınlığında qeydə alınıb. 
Qəsəbə sakini  23 yaşlı Quliyev Kamran Yaşar oğlu səhər saatlarında yaşadığı evinin yaxınlığında huşsuz vəziyyətdə yerdə tapılıb. Kamran yaxınları tərəfindən xətəxanya çatdırılsa da, çoxlu qan itirdiyin həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Xəstəxanada meyidin  üzərinə baxış keçirən həkimlər Kamranın üzərində 12 bıçaq yarası aşkar ediblər.
 
Tibb ocagından dərhal Sabunçu Rayon Polis İdarəasinin 14-cü polis bölməsinə məlumat verilib. Bölmədən Musavat.com-a verilən məlumata görə, hadisə borc pul üsdündə baş verib və qətli törədən 22 yaşlı Vüqar Bayraməli oğlu Əlizadə hadisədən sonra bölməyə gələrək özü təslim olub.
 
İlkin məlumata görə, Kamranın Vüqara 100 manat borcu olub. Bu səbəbdən tərəflər arasında mübahisə düşüb. Nəticədə Vüqar Kamranın kürək nahiyəsinə 12 bıçaq zərbəsi vurub. 
 
Artıq faktla bağlı Sabunçu rayon prokrorlugunda cinayət işi başlanıb, istintaq aparılır.
Cia.az