Çinin mərkəzindəki Hunan əyalətində sürət trasında baş verən avtomobil qəzasında beş nəfər həlak olub, daha altı nəfər isə ağır xəsarət alıb.
Bu barədə məlumat "Sinxua" agentliyində yer alıb.
Hadisə bu gün səhər Hançjou-Juyli sürət yolunun Çande-Çzişou hissəsində baş verib. Bildirilir ki, qəzada 20 avtomobil toqquşub. Qəzanın səbəbi haqda məlumat verilmir.
Magistral yolda hərəkət yenidən bərpa olunub.
Cia.az
