|
İŞİD terrorçuları İraqda hərbçilərə hücum ediblər
İŞİD silahlıları İraqın Samirə şəhərindəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Əl-Sumaria" telekanalında yer alıb.
 
O da bildirilir ki, hücum nəticəsində ölənlər və yaralananlar var. Şəhərə əlavə hərbi qüvvələr göndərilib və komendant saatı təyin edilib.
 
Qeyd edək ki, Samirə şəhəri Səlah-əd-Din əyalətində yerləşir. Bağdadın 120 kilometr şimalında yerləşən bu şəhərə hökumət qüvvələri nəzarət edir.
cia.az