|
Qadın şou göstərdiyi zaman 5 metr hündürlükdən yıxıldı -
Avstraliyanın Brisbene şəhərində dünyaca tanınmış "Cirque du Soleil" şousunun gimnastı Liza Skinner beş metr yüksəklikdən yıxılıb.
 
Musavat.com xəbər verir ki, bu  barədə məlumat "Jahool News"-da yer alıb.
 
Məlumata görə, qəzadan sonra sirk truppasının çıxışı dayandırılıb. 35 yaşlı gimnast xəstəxanaya yerləşdirilib. Həkimlər bildirib ki, Skinner kürəyindən ağır xəsarət alıb.

Cia.az