|
Lukaşenko: Azərbaycan konyakı Belarusda məşhurdur
"Bizim vətəndaşlar Azərbaycan şərablarını tanıyırlar, Azərbaycan konyakı Belarusda məşhurdur".
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Lukaşenko bildirib ki, Azərbaycanda şərabçılıq sənayesi fəal inkişaf edir: "Mən prezidentə demişəm, bizim vətəndaşlar Azərbaycan şərablarını tanıyırlar, sizin konyak Belarusda məşhurdur. Buyurun, gəlin, biz sizin üçün bazar açarıq. Siz öz məhsullarınızı satın. Sizdə üzüm sahələrinin genişləndirilməsi də çox şeydən xəbər verir. Bizim bazar elədir ki, siz gəlib bu bazarda öz evinizdə, Azərbaycanda olduğu kimi işləyə bilərsiniz".
Cia.az