|
Ərdoğan balıqçılarla balıq ovuna çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balıqçı gəmisinə minərək səyahət edib. 


Gəmidən digər balıqçılarla əlaqə saxlayan Türkiyə prezidenti onlara balıq ovunda uğurlar diləyib. Ərdoğanın səsini eşidərək təəccüblənən digər gəmidəki balıqçılar Ərdoğanın onlara uğurlu gəldiyini, balıq ovunun uğurlu olduğunu bildiriblər. 
 
Ərdoğan daha sonra sahilə gələrək, burada balıqçılarla və gəzintiyə çıxan sakinlərlə şəkillər çəkdirib. 
 

Cia.az