|
PKK-çılar qaz borusunu partlatdı
PKK terrorçuları Türkiyədə qaz borusunu partladıb.
Hadisə Siirtdə şəhər mərkəzindən 20 km məsafədə baş verib. PKK-çılar bu dəfə qaz borusuna hücum ediblər. Hadisə nəticəsində ölən və yaralanan olmadığı bildirilib. Təhlükəsizlik qüvvələri hadisədən sonra terrorçuların zərərsizləşdirməsi yönündə bölgələ əməliyyatlara başlayıb. 
 
Qaz borusu partladıldıqdan sonra Batman və Siirt rayonlarında əhaliyə verilən təbii qaz kəsilib. Rayon bələdiyyələri mobil nömrələrə SMS yollayaraq əhalini qaz kəsintisi barədə məlumatlandırıblar. SMS-də bildirilib ki, boru xəttində təmir işləri bitdikdən sonra qazın verilməsi bərpa olunacaq. 
Cia.az