Türkiyədə bələdiyyə həmsədrləri və DBP funskioneri tutulub.
Muş əyalətinin Malazgirt rayon bələdiyyəsinin həmsədrləri Halis Coşkun, Memnune Söylemez və DBP funksioneri Maşallah Burhanlı Muş prokurorluğu tərəfindən aparılan terror istintağı çərçivəsində həbs ediliblər.
Qeyd edək bir neçə gün əvvəl təşkil olunan əməliyyatda saxlanılan həmsədrlər dindirilmədən sonra məhkəməyə göndərilib. Məhkəmə Halis Coşkun, Memnune Söylemez və Maşallah Burhanlı haqqında həbs qərarı çıxarıb. Məhkəmənin qərarından sonra onlar Muş cəza evinə göndərilib.
Cia.az
