|
Suriya ordusu Hələbin şimal-şərqinə nəzarəti ələ keçirib

Suriyanın hökumət qüvvələri, həmçinin xalq könüllü dəstələri terrorçuları Hələbin daha iki məhəlləsindən çıxardaraq, şəhərin şimal-şərq hissəsinə nəzarəti tam ələ keçiriblər. 

Bu barədə şəhərin könüllülər qərargahına istinadən RİA "Novosti" məlumat yayıb. "Ordu və könüllülər Şeyx-Hodr və Şeyx-Fares məhəllələri üzərinədə nəzarəti geri qaytarmağa müvəffəq olublar. Beləliklə, demək olar ki, Hələbin şimal-şərq hissəsi tam olaraq Suriya ordusunun nəzarəti altındadır", - deyə məlumatda bildirilir. 
 
Qeyd edək ki, hər iki məhəllədə döyüşlər təqribən bir sutka davam edib. Hazırda azad olunmuş ərazilərdə istehkamçılar işləyir.
Cia.az