|
Bakıda 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 174 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 16 m2 olan talvarın yanar konstruksiyaları yanıb.
 
Qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 00:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az