|
Avropa Parlamentinə yeni sədr seçkisinin vaxtı açıqlanıb

2017-ci il yanvarın 17-də  Avropa Parlamentinə yeni sədr seçkisi  keçiriləcək.

Bu barədə Avropa İttifaqı Parlamentini məlumat yayıb.

Məlumata görə,  Avroparlamentin hazırkı sədri Martin Şults noyabrın 24-də istefa verəcəyini və Almaniyada parlament seçiklərinə qatılacağını bildirmişdi. Onun Almaniya Sosial-Demokrat Partiyasının seçki siyahısında birinci olacağı vurğulanıb.

Həmçinin  bildirilib ki, cari ilin dekabrında Avropa Parlamentinin sədrliyinə namizədlərin irəli sürülməsi başa çatacaq. Hazırda prezidentliyə 10 potensial namizədin adı hallanır.

Cia.az