|
Serj Sərkisyan qurultayda ölkədəki birliyin vacibliyindən dəm vurdu
“Bizim əsgər arxada xalqın biriyini və vahid ruhunu hiss etdiyi zaman özünü cəsarətli hiss edəcək...”.

“Xatırlayaq ki, bizm qələbələrimizdə Azərbaycanda 1992-1994-cü illərdə hökm sürən xaos əsas rol oynayıb. Bu, bizim unutmayacağımız bir dərs olmalıdır...”. 
 
Bu sözlər Ermənistan prezidenti Serj Sərkisyanın hakim “Respublika” partiyasının qurultayında etdiyi çıxışdan götürülüb.
 
Lakin Sərkisyanın “birlik”, “vahid ruh” kimi gurultulu səslənən sözləri onun opponentləri tərəfindən ayrı cür yozulub.
 
Məsələn, Ermənistanın müxalif yazarlarından Akop Badalyan (bu adam Azərbaycana və Türkiyəyə qarşı xüsusi düşmənçilik mövqeyi ilə seçilir. Lakin hər halda onun Serj Sərkisyan rejimi haqqında söylədikləri maraq doğurmaya bilməz-red.) Sərkisyanın bu sözləri millətə deyil, öz partiya yandaşlarına ünvanladığını yazıb.
 
“O, düzgün deyir, lakin bu sözlərin kimə aid olduğu bilinmir. Sərkisyanın bu sözlərinin artıq uzun müdddətdir ki, heç bir çəkisi yoxdur”.
 
Akop Badalyanın yazdığına görə, müharibə zamanı onsuz da xalq həmişə həmrəylik və vəhdət içərisində olur. 
 
Ermənistan hakimiyyətinin isə buna heç bir aidiyyatı yoxdur.
 
“Hakimiyyətdən tələb olunan qanuniliyin və ədalətin təmin edilməsidir. O zaman döyüşçü ön xətdə maddi-texniki cəhətdən təmin oluna bilər, onun ailəsi isə ləyaqətlə yaşayar. Özü də bunu ölümündən sonra deyil, yaşadığı zaman həyata keçirmək lazımdır.
Ermənistanda isə döyüşçünün arxasında “elita” rüsvayçılığı var. Əsgər ailələri acından ölməmək üçün yaşayırlar, həmin elitanın nümayəndələri isə villlarda yaşayır, gözəl maşınlarda gəzir, bahalı yerlərdə dincəlir və böyük hədiyyələr alırlar”.
 
 “Ermənistan araqla deyilən sağlıqların predmeti yox, öz mədəni dəyərlərinə malik olan dövlət olmalıdır. Serj Sərkisyaın nitqində isə harınlanmış elita barəsində bir kəlmə deyilmir. Lakin o, bu elitaya “vəhdət”adlı yeni silah verdi. Bununla nə qədər istərsən spekulyasiya etmək olar. Çünki birlik cəmiyyətin deyil, hakimiyyətin silahıdır”.
 
Ermənistanın strateji və milli araşdırmalar mərkəzinin direktoru Manvel Sərkisyan isə qurultayı tamaşa adlandırıb.
 
“Bizə göstərmək istəyirlər ki, insanlar kütləvi şəkildə Respublika partiyasına axışır. Əvəzində isə Ovik Abramyan (keçmiş baş nazir), Qaqik Beqlaryan (İrəvanın keçmiş meri) kimi korrupsionerlər partiyanın mərkəzi icra komitəsində yer alırlar”.
 
“Bütün bunlar sovet-kommunist ruhunda, “partiya və xalqın vəhdəti” stilində həyata keçirilir. Lakin onları da Kommunist Politbürosunn aqibəti gözləyir”, - politoloq qeyd edib.
Cia.az