|
İranyönlü silahlı qruplaşmaya İraqın hərbi birləşməsi statusu verilib
İraq parlamenti İranyönlü “Haşdi Şəbi” silahlı qruplaşmasına ölkə Silahlı Qüvvələrinin hərbçi birləşməsi statusu verib.
 
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi bildirib. 
O qeyd edib ki, “Haşdi Şəbi”yə aid bütün qruplar İraqın dövlət rəmzlərini daşıyır və onu qoruyurlar”.
 
Parlamentin qəbul etdiyi uyğun əsasnamədə bildirilib: “Haşdi-Şəbi”yə aid bütün qruplar İraq baş nazirinin əmr və təlimatları əsasında fəaliyyət göstərir; qruplaşmanın təmsilçiləri əmək haqqı, mükafat və təqaüd haqqına sahibdirlər”.
 
İnformasiyaya görə, İraq parlamentindəki 327 deputatın 208-i bu qanun layihəsinin lehinə səs verib.
 
Qeyd edək ki, bu silahlı qruplaşmanın İraqda terrorçu İŞİD-ə qarşı mübarizə apardığı bildirilir. 
Cia.az