Türkiyənin Çanaqqala boğazında iki gəmi toqquşub.
Hadisə gecə saatlarında baş verib. Valensiya limanından İzmit limanına yol alan 176 m uzunluqda olan “Grande Anversa” adlı İtaliya gəmisi ilə 100 m uzunluğu olan Maltanın yük gəmisi Çanaqqala boğazında, Egey dənizinin girişində toqquşub. Hadisə yerinə xilasedicilər cəlb edilib.
Dəyən zərər və hadisə barədə ətraflı məlumat verilmir.
Cia.az
