|
Rusiyada ticarət mərkəzində güclü yanğın olub
Rusiyanın İjevsk şəhərində ticarət mərkəzində güclü yanğın olub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinin anbarında başlayan yanğın 4 min kvadratmetr ərazini əhatə edib.
 
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  Ticarət mərkəzinin damı qismən uçub. Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
 
Yanğının səbəbi hələlik məlum deyil. 
Cia.az