Bakıda yanğın hadisəsi baş verib.
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində yerləşən ümumi sahəsi 20 m² olan mətbəxin tavanı 4 m² sahədə yanıb.
Mətbəxin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az
