|
Mədəndə uçqun zamanı itkin düşmüş daha bir nəfərin meyiti tapılıb
Türkiyədə mis mədənində baş vermiş uçqun nəticəsində itkin düşmüş daha bir nəfərin meyiti tapılıb.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 17-də Siirt vilayətinin Şirvan rayonundakı mis mədənində  baş verən uçqunun altında qalan fəhlələrin axtarışları üzrə əməliyyat davam edir.
 
Noyabrın 27-də uçqun zamanı itkin düşmüş daha bir nəfərin, 28 yaşlı fəhlənin meyiti tapılıb
 
Uçqunun altında daha 4 nəfərin qaldığı bildirilir. Qeyd olunur ki, axtarış əməliyyatı başlanandan bəri 11 fəhlənin meyiti tapılıb.
Cia.az