Dörd il sonra Ukrayna NATO-ya daxil ola biləcək.
Axar.az xəbər verir ki, bu barədə Tallində Ukrayna Baş Qərargahının rəhbəri Viktor Mujenko bildirib. Mujenkonun estoniyalı həmkarı da Ukraynaya NATO yolunda lazımi dəstəyi verəcəyini bildirib.
Tərəflər xüsusi təyinatlılar, artilleriya, tibbi və istehkamçı hissələrinin gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Qeyd edilib ki, Ukrayna ordusu lazımi döyüş təcrübəsinə yiyələnib.
Cia.az
