|
Bakıda 59 yaşlı kişi döyülüb
Bakının Nizami rayonunda naməlum şəxslər 59 yaşlı kişini döyüb.Metronun “Neftçilər” stansiyasının yaxınlığında 59 yaşlı Lətifov Rövşən Həsən oğlu döyülüb.
 
Xəsarət alan R.Lətifov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
 
Rövşən Lətifovu kimin və niyə döydüyü məlum deyil. Hadisə ilə ilə bağlı polisə məlumat verilib.
 
Faktla bağlı araşdırma aparılır.
Cia.az