|
Azərbaycanın yanğınsöndürənləri İsrail prezidentinin təşəkkürünü aldı
"Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir. Belə ki, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkib". 

Bu haqda FHN-njn mətbuat xidmətindən cia.az-a bildirilib.
 
məlumatda deyilir ki, noyabrın 27-də İsrail dövlətinin prezidenti cənab Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşmüş, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirib.
Cia.az