|
Qaçqın düşərgəsinə “Molotov kokteyli” ilə hücum etdilər
Avstriyanın paytaxtı Vyanada naməlum şəxslər qaçqın düşərgəsinin ərazisinə “Molotov kokteyli” atıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkən olmayıb. Polis faktla bağlı araşdırma aparır.
 
Qeyd edək ki, 2016-cı ildə qonşu Almaniyada qaçqın sığınacaqlarının yandırılması ilə bağlı  63 cinayət faktı qeydə alınıb.
Cia.az