|
Türkiyədə 6 iş adamı saxlanıldı
Türkiyənin Düzcə şəhərində altı iş adamı saxlanılıb. 
Saxlanılan iş adamları FETÖ təşkilatı ilə əlaqədə olmaqdan şübhəli bilinirlər. Verilən məlumata əsasən, iş adamlarının evinə eyni zamanda əməliyyat təşkil olunub və axtarış aparılıb. Evdən tapılan bəzi sənədlər müsadirə edilib. Saxlanılan iş adamları polis idarəsinə gətirilib. 
 
Düzce valiliyindən bildirilib ki, cevrilişə cəhd hadisəsindən sonra başladılan istintaq çərçivəsində Düzce şəhərində 329 nəfər həbs olunub. 
Cia.az