|
CAR-ın xanım naziri Azərbaycana gəlir

Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane 28-29 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

XİN-in mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, səfər çərçivəsində Maite Nkoana-Maşabanenin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Görüş noyabrın 29-da keçiriləcək.

Cia.az