|
Azərbaycan meşə yanğınlarına görə İsrailə kömək göndərir

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) İsraildəki meşə yanğınları ilə bağlı kömək etməyə hazırlaşır.

FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Cia.az-a verdiyi məlumata görə, təyyarə yaxın saatlarda İsrailə uçacaq:

“İsraildəki meşə yanğınlarını söndürmək üçün bizə də müraciət olunub.  Prezidentin tapşırığı ilə İsrailə kömək üçün hazırlanan B-200 amfibiya təyyarəsi yaxın saatlarda uçacaq”.

İsraildə bir neçə rayonunda baş verən meşə yanğınları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan olunub.

Cia.az