|
Kürd lider: Kərkük və Sincardan çıxmayacağıq
Peşmərgə qüvvələri İŞİD-dən azad etdiyi Kərkük və Sincar bölgəsindən əsla çəkilməyəcək.
Bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani BBC Farsca-ya açıqlamasında deyib.
 
“Əməliyyatların 1-ci və 2-ci mərhələsi uğurla tamamlandı. Əvvəlcədən təxmin etdiyimiz kimi əməliyyat çətin keçdi. Əlbəttə ki, yaşayış sahələrində keçdikcə müəyyən ləngimələr olur. Çünki şəhər daxilində və xaricində əməliyyatlar bir-birindən fərqlənir. Ümumilikdə məsələ ilə bağlı müsbət fikirdəyik”, - Bərzani bildirib.
Cia.az