Noyabrın 24-ü, axşam saatlarında ABŞ-da silahlı qarşıdurma baş verib.
Atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Hadisə Kentuki ştatının Vayne şəhərindəki bir parkda baş verib. Atışma vaxtı park stadionunda Amerika futbolu yarışı keçirilirmiş. Oyunu izləməyə gələn uşaqlı ailələr silah səslərini eşidərək ciddi sarsıntı keçiriblər. Hadisə yerinə gələn polislər parkı təhlükəsizlik səbəbindən mühasirəyə alıb.
Şəhər polisindən verilən məlumata görə, yaralılar xəstəxanaya aparılıb. Silahlı şəxslərin tutulması üçün axtarışlara başlanılıb.
Qeyd edək ki, hər il noyabrın dördüncü cümə axşamı günü ABŞ-da Şükran Günü keçirilir.
Cia.az
