|
Aİ Rusiyaya qarşı sanksiyalarla bağlı qərarı sammitdən əvvəl verəcək
Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyalarla bağlı qərarı dekabrda keçiriləcək sammitdən əvvəl verəcək.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə Aİ Şurasının rəhbəri Donald Tusk bildirib.  
 
“Ümid edirəm ki,  biz sanksiyalara dair qərarı dekabrda keçiriləcək sammitdən əvvəl qəbul edəcək”, - deyə o bildirib.  
 
Onun sözlərinə görə, Aİ-nin Rusiya qarşı sanksiyalarla bağlı mövqeyi dəyişməz olaraq qalmaqdadır.
 
“Bizim sanksiyalarla bağlı mövqeyimiz aydındır – onlar Ukraynaya dair  Minsk sazişlərinin tam icrası ilə tam əlaqəlidir”, - deyə Tusk qeyd edib.
Cia.az