|
Velesuela: Neft hasilatı sabitləşdirilməsə qiymətlər qeyri-stabil olacaq

Venesuela yaxın həftələrdə neft hasilatının sabitləşdirilməsinə dair sazişin əldə olunmasını zəruri hesab edir, əks təqdirdə qiymətlər qeyri-sabit olacaq. 

Bu barədə ölkənin Neft Nazirliyinin "Twitter" səhifəsində qeyd olunur. "Biz OPEK-in nazirlər görüşündən sonra istəyirik ki, yüksək səviyyədə – liderlər səviyyəsində müqavilə imzalayaq. Əgər biz yaxın həftələrdə razılığa gələ bilməsək, qiymətlərdə balans pozulacaq. Hazırda məqsəd ən vacibi Rusiya olan bütün qeyri-OPEK ölkələrini bu işə daxil etməkdir", - deyə məlumatda bildirilir. 
 
Saziş üzrə yekun qərar OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək iclasında qəbul olunmalıdır.
Cia.az