|
Türk təyyarələri İŞİD-i bombaladı

Türkiyə hərbi təyyarələri gecə saatlarında Suriyada İŞİD mövqelərini bombalayıb. 

Bu barədə sosial şəbəkədə Türk Silahlı Qüvvələrinin rəsmi səhifəsindən məlumat verilib. Məlumatda qeyd edilib ki, Əl Bab yaxınlığındakı İŞİD hədəfləri F-16 təyyarələri ilə vurulub. 
 
Bundan başqa, məlumatda həmçinin bildirilib ki, Suriya ordusunun Əl-Babda türk əsgərlərinin mövqeyini vurduğu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Cia.az