|
Çində elektrik stansiyasında uçqun nəticəsində 74 nəfər ölüb
Çində inşa edilən elektrik stansiyasında baş vermiş uçqun nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.
APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, İnsident ötən gün yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə 03.00-da) Fençen dairəsində baş verib. İnşa edilən soyuducu qüllənin uçması nəticəsində daha iki nəfər xəsarət alıb. Ölənlərdən 68 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Axtarış-xilasetmə əməliyyatında 400 nəfər iştirak edir.  
Cia.az