|
"Qarabağ" Bakıya xalsız dönür

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir. Ağdamın "Qarabağ" klubu Çexiyanın "Slovan" kollektivinin qonağı olub. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçib və komandamız böyük hesabla məğlub olub. Rəqibin oyunçusu Evqon Vux 11-ci dəqiqədə baş zərbəsi ilə hesabı açıb. Rəqib ikinci hissəyə də fəal başlayıb.  "Slovan"ın oyunçusu Nikolay Komliçenkonun 57 və 63-cü dəqiqələrdə vurduğu qollar komandasına 3:0 hesablı qələbə qazandırıb.

Qurban Qurbanovun komandası Bakıya xalsız dönsə də, turnir cədvəlindəki mövqeyini qoruyub saxlayıb.

 

1.

Fiorentina

5

3

2

0

13:4

11

2.

Qarabağ

5

2

1

2

6:10

7

3.

PAOK

5

1

2

2

4:6

5

4.

Slovan

5

1

1

3

7:10

4