|
"Abşeron" Gənclər Şəhərciyində yanğın olub

Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. Hadisə rayon ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib.

Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəsində elektrik kabellərində qısaqapanma baş verib. Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.

Hazırda binanın elektrik naqilləri yoxlanılır.

Cia.az