|
Çavuşoğlu: "AP özünü alçaldır"
Avropa Parlamenti (AP) Türkiyə ilə bağlı qəbul etdiyi qərarla özünü alçaldır.
 Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu AP-nin Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqları dondurmasına münasibət bildirərkən deyib.
“Türkiyəni diz çökdürə bilməzlər. Bu qərarın bizim üçün heç bir mahiyyəti yoxdur. Xalqımız bu qərarı rədd edir. AB özünü idarə etməlidir”, - Çavuşoğlu bildirib.
Cia.az