|
İŞİD İraqda yanacaqdoldurma məntəqəsini partlatdı:

İraqda yanacaqdoldurma məntəqəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb. Hadisə paytaxt Bağdad yaxınlığında qeydə alınıb. Məlumata görə, terrorçu-kamikadze minalanmış avtomobili yanacaqdoldurma məntəqəsində partladıb. Partlayış baş verən an yanacaqdoldurma məntəqəsində iranlı zəvvarlarla dolu bir neçə avtobus olub.   

Qeyd edək ki, partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.  

Cia.az